cümə axşamı 2 aprel 2026 - 03:15
ABŞ-ın Beşinci Donanmasını ölkədən çıxarın

Hövzə / Höccətül-İslam vəl-müslimin əd-Dəqqaq kəskin bəyanatla çıxış edərək, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin qanının qisasının alınmasını tələb edərək, ABŞ-ın Beşinci Donanmasının dərhal Bəhreyndən çıxarılmasını və Manamanın Vaşinqtonla əməkdaşlığına son qoyulmasını istəyib.

Hövzə Xəbər Agentliyinin  beynəlxalq bürosunun verdiyi məlumata görə, bəhreynli mübariz ruhani Höccətül-İslam vəl-müslimin Şeyx Abdullah əd-Dəqqaq Manama hakimiyyətinə ünvanladığı bəyanatda vurğulayıb ki, Bəhreyn onun xalqına məxsusdur və Əl-Xəlifə rejiminin xalqın icazəsi olmadan ABŞ-ın təcavüzkar qüvvələri ilə birlikdə İrana qarşı hücumlarda iştirak etməyə haqqı yoxdur.

O, dünya müsəlmanlarının rəhbəri Ayətullahül üzma Seyid Əli Hüseyni Xameneinin (Allah ona rəhmət eləsin) ABŞ-ın dəstəyi ilə İsrail adlı “mənfur düşmən” tərəfindən misli görünməmiş şəkildə terrora məruz qalmasını dövlət terrorizmi və hərbi cinayət nümunəsi kimi qiymətləndirərək bildirib: Bu məzlum şəhidin və digər şəhidlərin qanının alınmasını özümüzə şəri vəzifə hesab edirik.

Höccətül-İslam vəl-müslimin əd-Dəqqaq Bəhreyn hakimiyyətindən Vaşinqtonla olan razılaşmaya son qoymağı və ABŞ-ın Beşinci Donanmasının bazasını ölkədən çıxarmağı tələb edərək əlavə edib: Tezliklə elə bir gün gələcək ki, bütün xarici qüvvələrin Fars körfəzi və ümumilikdə regiondan çıxarılmasının şahidi olacağıq.

Höccətül-İslam vəl-müslimin əd-Dəqqaq son olaraq qeyd edib: Allahın izni ilə tam qələbə İslam Respublikasına nəsib olacaq, rüsvayçı məğlubiyyət isə ABŞ və İsrailin payına düşəcək.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha